Ukraynalı uşaqlar Qəbələdə - FOTO

Ukraynalı uşaqlar Qəbələdə - FOTO

Hazırda oxunan: Ukraynalı uşaqlar Qəbələdə - FOTO

150005

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların bölgələrimizə ekskursiyası təşkil edilib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, uşaqlar əvvəlcə İsmayıllı rayonunun Basqal qəsəbəsində olaraq, buradakı tarixi irsimizlə tanış olub, öz koloritini qoruyub saxlayan qəsəbəni gəziblər. 

Növbəti gün isə iştirakçıların marşrutu Qəbələ rayonuna təşkil edilib. Onlar təbiət gözəllikləri ilə tanışlıqla yanaşı, istirahət mərkəzlərinə də aparılıblar. 

Uşaqlara eləcə də art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçirilir. Düşərgə iştirakçıları psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, ustad dərslərinə cəlb ediləcəklər. 

Ukraynalı uşaqların Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur. 

14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO