Zaqatalanın Əliabad qəsəbəsində bir yaşlı uşağın əli ətçəkən maşında qalıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd edilib ki, Əliabad qəsəbə sakini, 1 yaşlı Ayxan Vəliyevin sağ əlinin ətçəkən maşında qalması faktı üzrə Təcili Tibbi Yardıma müraciət daxil olub. Dərhal həkim briqadası hadisə yerinə göndərilib.
Həkimlərin məsləhəti ilə körpənin əlini ətçəkən maşından çıxarmaq üçün Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Xilasedicilərinə müraciət edilib.
İxtisaslı mütəxəssislər tərəfindən körpənin əli ətçəkən maşından çıxarılaraq həkimlərə təhvil verilib.
Daha sonra Ayxan Vəliyevin əli üzərində cərrahiyyə əməliyyatı aparılıb. Uşağın müayinə və müalicəsini davam etdirmək üçün Bakının ixtisaslı xəstəxanalarından birinə göndərilməsi qərara alınıb. Hadisənin təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 08.08.2023
Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında QALDI
Hazırda oxunan: Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında QALDI
Hazırda oxunan: Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında QALDI
149992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.