Xaçmazda FINDIQ YIĞIMI – Məhsuldarlıq AŞAĞIDIR? – FOTO 

Xaçmazda FINDIQ YIĞIMI – Məhsuldarlıq AŞAĞIDIR? – FOTO 

Hazırda oxunan: Xaçmazda FINDIQ YIĞIMI – Məhsuldarlıq AŞAĞIDIR? – FOTO 

149955

Şimal bölgəsinin əsas fındıqçılıq rayonu olan Xaçmazda bir neçə gündür məhsul yığımına  başlanılıb. Müşahidələrimiz onu göstərir ki, yığımın ilk günündən kəndlilər fındığı yaş-qabıqlı halda emal müəssisələrinə satmağa üstünlük verirlər.

Fermerlər bunu qış aylarında fındığın satış qiymətinin çox aşağı - kiloqramının 4 manata olması ilə izah edirlər.

Bildirirlər ki, indi fındığı qabıqlı halda müəssisəyə kiloqramını 1 manat 60 qəpiyə satmaq sərfəlidir,nəinki saxlayıb qış aylarında qiymətin qalxacağını gözləmək. Məhsulu indi qabıqsız halda satışa çıxaranlar da fındığı qışa saxlamağın mənasız olduğını deyirlər.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya məlumat verilib ki, rayonda 11730 hektar fındıq bağı var ki, onlardan 9953 hektarı bar verən bağdır. İndiyədək 300 ton fındıq yığılıb.

Qurumdan kəndlinin satışda sərbəst olduğu bildirilib:

“Məhsulu qışa saxlayan da var, indi yaş halda satan da. İndi bazar nisbətən sərfəli olduğu üçün satmağa çox meylli olanlar var. Yığım hazırda davam edir”.

Ümumiyyətlə, kəndlilər bu il havaların daha çox qeyri-sabit keçməsi səbəbindən məhsuldarlığın zəif olduğunu deyirlər. Külək və yağışlı havalar fındığın yerə tökülməsinə səbəb olub. 

Xaçmaz Statistika İdarəsi isə fındığın məhsuldarlığı ilə bağlı hər hansı rəqəm açıqlamayıb. Bildirilir ki, dəqiq rəqəm hər ayın 1-də verilir və hələlik hər hansı rəqəm söyləmək tezdir.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO