"WhatsApp"dan YENİLİK

Hazırda oxunan: "WhatsApp"dan YENİLİK

149952

"WhatsApp" istifadəçilər üçün daha bir yenilik təqdim edəcək.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, platforma 32 nəfərə qədər qrup üzvünün qoşula biləcəyi "voice chat" funksiyasını aktivləşdirəcək.

Qeyd olunub ki, əsas üstünlük ondan ibarətdir ki, "voice chat" olduqda zəng zamanı olduğu kimi bildiriş getməyəcək. Sadəcə interfeysdə çatın yanında "voice chat"ı təmsil edən işarə görünəcək. 

Qrupdakı hər kəs istədiyi vaxt bu səsli söhbətə qoşula bilər.  Amma səsli söhbət yaradıldığı halda 60 dəqiqə ərzində qoşulan olmasa, çat bağlanır.

Funksiya hazırda test mərhələsindədir.

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO