Açıq halda, oyunbazlıqla satılan MARAŞLI – Bu dondurmaların hansı TƏHLÜKƏSİ VAR?

Açıq halda, oyunbazlıqla satılan MARAŞLI – Bu dondurmaların hansı TƏHLÜKƏSİ VAR?

Hazırda oxunan: Açıq halda, oyunbazlıqla satılan MARAŞLI – Bu dondurmaların hansı TƏHLÜKƏSİ VAR?

149858

Dondurma çeşidləri arasında xüsusən seçilən maraşlının nəinki şöhrəti, hətta biznes dairəsi də genişlənib. Belə ki, bu məhsul artıq əksər dondurmasevərlərin ilk seçiminə çevrilməyi bacarıb.

Sözügedən dondurmalara marağın böyük olmasına səbəb isə dondurmanın həm keçi südündən fərqli ləzzətdə hazırlanması, həm də başqa təqdimatda verilməsidir. Ancaq bəzən göstərilən təqdimat insanların əksəriyətində əsəb doğurur. 

Nəinki təqdimatı, eyni zamanda məhsulun qiymət və keyfiyyət də narazılıq yaradır. Alıcılılarının əksəriyyəti uşaqlar olan bu dondurmaları yeyənlər iddia edir ki, son vaxtlar dadı dəyişdirilib əvvəlki keyfiyyətdə deyil. 

Bizim yerli dondurmalardan fərqli olaraq bu dondurmalar açıq şəkildə satılır ki, bu da onların keyfiyyəti barədə narahatlıq doğurur. 

Görəsən, açıq şəkildə satılan bu dondurmaların keyfiyyəti hansı səviyyədədir?

Mövu ilə bağlı Bizim.Media-nin sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bu dondurmaların tam dəqiq keçi südüylə hazırlanmasına, barəsində deyilənlərin doğru olub olmadığına dair İstehlakçılar Birliyində heç bir məlumat yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Bu dondurmalardan zəhərlənmə RİSKİ VAR – Mütəxəssisdən VACİB XƏBƏRDARLIQ 


“Maraşlı dondurma artıq 4 ildir ki, sürətlə Azərbaycan bazarına daxil olur. Xüsusən onun satışını uşaqlara əyləndirmək yolu ilə həyata keçirirlər. Guya keçi südündən düzəlib və ayrı texnologiyada hazırlanıb.

Ancaq heç kəsdə bu haqda dəqiq məlumat yoxdur. Maraş bildiyimiz kimi Türkiyədə şəhər adıdır və dondurmanın adı onun adından götürülüb.

Qeyd edim bu dondurma açıq satılır. Buna görə də etiketi yoxdur. İstehlakçıların məlumat almaq hüququ, demək olar ki, təmin olunmur”. 

Ekspert qeyd edir ki, bu dondurmalarin qiymətinin baha olmasını Türkiyədən gəlməsiylə, onun guya əyləncəli üsulla satılması ilə xarakterizə edirlər:

Eyyub Hüseynov onu da vurğulayıb ki, bu mövzuda dəqiq təhlillər aparıldıqdan sonra onların əsl keyfiyyəti barədə dəqiq fikir bildirmək mümkün ola bilər.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO