“Bəzi bələdiyyələr özlərini belə təmin edə bilmirlər” – Deputatlardan İRAD

“Bəzi bələdiyyələr özlərini belə təmin edə bilmirlər” – Deputatlardan İRAD

Hazırda oxunan: “Bəzi bələdiyyələr özlərini belə təmin edə bilmirlər” – Deputatlardan İRAD

149805

Son dövrlər cəmiyyətdə bələdiyyələrin fəaliyyəti ilə bağlı narazılıqlar səngimək bilmir. İnsanların çoxu bu qurumların demək olar ki, heç bir iş görmədiklərini söyləyirlər. Ümumiyyətlə, bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Belə ki, əhalinin bir hissəsi onların fəaliyyətinin zəif olduğunu bildirsə də, bir çoxu yerli icra hakimiyyəti orqanlarından asılı olduqları üçün, çoxu isə maliyyə mənbələrinin zəif olması səbəbindən fəaliyyətlərini tənzimləyə bilmədiklərini iddia edirlər.

"Onlar yeni dövrün tələblərinə cavab vermirlər və özlərini təmin edə bilmirlər"

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov, həm mətbuatda, həm də cəmiyyətimizdə onlarla bağlı münasibətin birmənalı olmadığını təsdiq edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Yerli icra orqanları torpaq alveri ilə məşğuldur” – Fazil Mustafa


“Ayrı-ayrı vaxtlarda onların bəzi pozuntulara və sui-istifadəyə hallarına yol vermələri ilə bağlı məlumatların yayıldığını görürük.

Biz isə bu halları hamısına aid etməməliyik. Elələri də var ki, kifayət qədər işləkdirlər və uğur qazanıblar.

Əgər səbəblərini araşdırsaq, görərik ki, onlar yeni dövrün tələblərinə cavab vermirlər.
Səlahiyyətlərinin artırılması və təşkilatlanması istiqamətində müəyyən işlər görülməli və qanunvericilikdə yenilənmələr olmalıdır”.

Bu gün ən böyük problemin, onların sayının çox olması ilə bağlı olduğunu söyləyən deputat fikrini belə əsaslandırdı ki, hazırda ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir:

“Onların da 80 faizi xırda kənd bələdiyyələridir və özlərini belə təmin edə bilmirlər. Çox kiçik əraziləri əhatə edir və kiçik maliyyə imkanlarına malikdirlər. Buna görə də öz ərazilərindəki vətəndaşlara tələb olunan xidməti göstərə bilmirlər.

Üstəlik, səlahiyyətlərində müəyyən bəndlər var ki, ondan istifadə edərək maliyyə vəsaitləri əldə etsinlər və öz büdcələrini doldura bilsinlər. Ancaq burada da bəzi problemlər var ki, bu qanunvericiliklə bağlıdır. 

Bu amillərə görə də islahatlar aparılmalı və onlar birləşməlidirlər. Bu gün ölkəmizdə daha böyük, iqtisadi və maliyyə baxımından daha güclü institutların yaradılmasına ehtiyac var.

Bu da əhaliyə göstərilən xidmətlərin səviyyəsinin artmasına təsir edəcək. Bu illər ərzində iki dəfə - 2009 və 2014-cü illərdə birləşmə prosesi baş verib. Bunun yenidən davam etdirilməsinə ehtiyac var”.

Cəmiyyətdə bələdiyyələrlə bağlı yaranan narazılığa gəlincə, müsahibimiz bu gün əksər dövlət idarə və təşkilatları ilə bağlı şikayətlərin olduğunu bildirdi:

“Onu da nəzərə alaq ki, bələdiyyə vətəndaşlara ən yaxın olan qeyri-dövlət qurumudur. Buna görə də şikayətlərin olmasını təbii hesab etməliyik. Bununla belə, onların təkmilləşdirilməsi və maliyyə-iqtisadi potensialının gücləndirilməsi üçün işlər görülməlidir.

Son illərdə bu qurumların büdcə daxilolmalarında artımlar müşahidə olunur. Onlar neçə ildir ki, bəzi vergi və ödənişlər toplayırlar və bu sahədə böyük təcrübə qazanıblar. 

Bununla belə, toplamalarda bəzi problemlər yaşayırlar. Bir çox hallarda vətəndaşlar vergi və ödənişləri ödəməkdən yayınırlar. Bu baxımdan da bu qurumların səlahiyyətlərinin qanunla daha dəqiq tənzimlənməsinə ehtiyac var.
Vaxtilə müvafiq təkliflər də irəli sürmüş və bununla bağlı müzakirələr də aparmışdıq. Üstəlik, bu təkliflərin qanun şəklinə salınması üçün müəyyən uğurlar da əldə etmişdik. Bu proses dayanmamalı və davam etməlidir". 

"Bələdiyyələrə hansısa səlahiyyətlərin verilməsi də gündəmdə deyil"

Milli Məclisin digər deputatı Fazil Mustafa isə, Azərbaycanda bələdiyyələrlə bağlı heç bir addım atılmadığını bildirib. Bundan sonra da hansısa addımların atılacağı düşünmədiyini deyən deputatın sözlərinə görə, hətta onlara hansısa səlahiyyətlərin verilməsi də gündəmdə deyil.

“Əgər müəyyən səlahiyyətlər verilsə, daha çox problem həll olunacaq. Buradan da görünür ki, börükratik mexanizmlərin mövcudluğuna daha böyük imkanlar yaradılır. Ancaq bu, yanlışdır və özünüidarəyə dəstək verilməlidir.
Belə ki, yerlərdə bələdiyyələr canlansın və vətəndaşların problemi həll olunsun. Bu da çox vacib məsələdir. Ancaq bu məsələdə hansısa addımların atıldığını müşahidə etmirik”.

Bununla bağlı dəfələrlə məsələ qaldırdıqlarını söyləyən deputat, Konstitusiyasda da müvafiq müddəaların olduğunu da xatırladıb:

“Bələdiyyə üzərində nə qədər nəzarət mexanizmi qurmaq olar? Maliyyə gücü yoxdur, lakin hamı nəzarət edir. Bu baxımdan da mövcud mexanizm dəyişməlidir. Bu, dəyişməyincə hansısa ümid bəsləmək olmaz”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO