7 avqust 1930-cı illdə milli təsviri sənətin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, freskaların müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. O, Parisdə dəfn olunub (1930-2013).
Bəs, bu tarixdə dünyada daha hansı mühüm hadisələr baş verib:
1. 1782-ci ilin bu günü Sankt-Peterburqda italiyalı heykəltaraş Etyen Falkone tərəfindən düzəldilən I Pyotrun heykəli qoyuldu. Maraqlıdır ki, Pyotrun heykəlinin baş hissəsini Falkonenin şagirdi xanım Mari Kollo hazırlayıb.
2. 1807-ci ilin 7 avqustunda “Clermont” adlı ilk buxarlı sərnişin gəmisi Nyu-York - Albani arasında ilk reysini həyata keçirdi.
3. 7 avqust 1910-cu ildə İranın hökumət qoşunları və polisi Tehrandakı Britaniya səfirliyinə sığınan Səttarxan və azsaylı dəstəsini gözlənilməz hucümla tərksilah etdilər. Atışma zamanı Səttarxan ağır yaralandı.
4. 1919-cu ilin 7 avqustunda Türkiyədə Ərzurum Konqresi“Heyəti-Təmsiliyə” seçkisi ilə başa çatdı.
5. 7 avqust 1944-cü ildə ilk proqramlaşdırılmış kompyuter olan "Mark I" istifadəyə verilib. Qurğu IBM korporasiyası ilə imzalanmış müqaviləyə əsasən, gənc riyaziyyatçı Hovard Ayken və şirkətin dörd mühəndisi tərəfindən hazırlanıb.
6. 1946-cı il 7 avqustda Türkiyə Sovet İttifaqının “Boğazların statusunun dəyişdirilməsi” tələbini rədd etdi.
7. 7 avqust 1964-cü ildə Vyetnam müharibəsi başladı. ABŞ Konqresi ölkə prezidenti Lindon Consona Vyetnama əsgər göndərmə səlahiyyəti verdi.
8. 1982-ci il 7 avqustda ermənilərin ASALA təşkilatının 2 terrorçusu Ankara Esenboğa Hava Limanına silahlı basqın etdi: 8 adam həlak oldu, 72 nəfər yaralandı. Terrorçuların isə biri öldürüldü, digəri yaralı olaraq tutuldu.
9. İraq Küveyti işğal etdikdən sonra ABŞ və müttəfiqləri 1990-cı ilin 7 avqustundan "Səhra qalxanı" hərəkatına başladı. Müttəfiqlərə dəstək verən, ancaq müharibəyə qatılmayan Türkiyə bu zaman İraqdan gələn Kərkük-Yumurtalık neft boru kəmərini bağladı.
10. 1998-ci il 7 avqustda Keniya və Tanzaniyadakı ABŞ səfirlikləri eyni zamanda bombalandı, 224 nəfər öldü. Amerika Birləşmiş Ştatları hökuməti bu hücumlara görə Usamə bin Ladenin Əl-Qaidə terror təşkilatının məsuliyyət daşıdığını bildirdi.
11. 7 avqust 2016-cı ildə İstanbulun Yenikapı rayonunda Türkiyə tarixinin ən böyük mitinqi - Demokratiya və Şəhidlər Mitinqi oldu. Mitinqdə 5 milyon adam var idi.
7 avqustda həm də bu insanlar xatırlanır:
1. Həyatı filmlərə mövzu olan hollandiyalı casus Mata Hari 1876-cı ilin bu günü anadan olub (1876 - 1917).
2. 7 avqust böyük hind yazıçısı, Nobel mükafatı laueratı Rabirdranat Taqorun xatirə günüdür. Rabirdranat Taqor 1941-ci ilin bu günü 80 yaşında həyatdan köçüb. (1861-1941)
3. Oskar mükafatlı kinoaktrisa Şarliz Teron 1975-ci ilin bu günü Cənubi Afrikada dünyaya gəlib.
4. 7 avqust 1944-cı ildə şair, ədəbiyyatşünas Əhməd Elbrus 1944–2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.
5. 7 avqust 1960-cı ildə Əməkdar artist Yusif Dadaşov (1913–1960) vəfat edib. Gənc Tamaşaçılar Teatrı yaranandan (1928) onun səhnəsində aktyor kimi çıxış edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 07.08.2023
BİZİM TƏQVİM: 7 avqustda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 7 avqustda dünyada nələr olub?
Hazırda oxunan: BİZİM TƏQVİM: 7 avqustda dünyada nələr olub?
149784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.