Xocalıda silah-sursat aşkarlandı

Xocalıda silah-sursat aşkarlandı

Hazırda oxunan: Xocalıda silah-sursat aşkarlandı

149754
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürüblər.

Həmin ərazidən aşkar edilən 1 pulemyot, 3 avtomat, 7 müxtəlif növ qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO