Binəqədidə bu ərazinin yolu bərbad olduğundan Təcili Yardım Çağırışı belə gəlmir - VİDEO 

Binəqədidə bu ərazinin yolu bərbad olduğundan Təcili Yardım Çağırışı belə gəlmir - VİDEO 

Hazırda oxunan: Binəqədidə bu ərazinin yolu bərbad olduğundan Təcili Yardım Çağırışı belə gəlmir - VİDEO 

149640

Paytaxtın Binəqədi qəsəbəsinin bir qrup sakini, küçələrinin vəziyyətindən narazıdır. 

Bizim.Media xəbər verirk ki, görüntülər Fəxrəddin Qurbanov və birinci mədən küçələrindəndir. 

Sakinlər iddia edir ki, bir neçə ay bundan əvvəl yaşadıqları küçəyə su və kanalizasiya xəttdi çəkilib. İşlər bitdikdən sonra isə aidiyyəti qurum qazılmış yolu bərpa etməyib. 

Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirilib ki, qeyd olunan ərazidə kanalizasiya şəbəkəsi yaradılıb və evlərə birləşmələr verilib.

''Asfalt örtüyünün bərpasına gəlincə, layihədə yalnız qazılmış hissənin bərpası nəzərdə tutulsa da, sakinlər bütün küçə və dalanların asfaltlanmasını təkidlə tələb edirlər.

Bununla əlaqədar gələn həftə əraziyə qurumun mütəxəssisləri bir daha baxış keçirəcək və müvafiq qərar veriləcək''-deyə məlumatda bildirilib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO