Zaqatalada kollec binası YANIR

Zaqatalada kollec binası YANIR

Hazırda oxunan: Zaqatalada kollec binası YANIR

149526

Bir qədər əvvəl Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğınla bağlı müvafiq qurumlara xəbər daxil olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, saat 23 radələrində Zaqatala şəhərinin mərkəzində, Nizamı Gəncəvi küçəsində fəaliyyət göstərən Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində başlayan yanğının söndürülməsinə müvafiq orqanların bütün texnika və canlı qüvvəsi cəlb edilib.  

Həmçinin Zaqatala şəhər təsərrüfatının maşın və texnikaları, canlı qüvvəsi də hazırda hadisə yerindədir.  

Fövqaladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən yanğının söndürülməsi məqsədi ilə üç yanğınsöndürən maşın və şəxsi heyəti göndərilib.  

Qeyd edək ki. bir neçə il əvvəl sözügedən kollecdə gecə saatlarında qısaqapanmadan yanğın hadisəsi baş vermişdi.

Yanğın söndürənlərin səyi nəticəsində həmin vaxt yanğının genişlənməsinin qarşısı alınmış, xəsarət alan olmamışdı.  

Hadisə şahidlərinin verdiyi məlumata əsasən hazırda kollecdə yanğın davam edir. Alovun söndürülməsi istiqamətində bütün tədbirlər görülür.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO