Balakəndə 17 yaşlı oğlan əmisini qətlə yetirib

Balakəndə 17 yaşlı oğlan əmisini qətlə yetirib

Hazırda oxunan: Balakəndə 17 yaşlı oğlan əmisini qətlə yetirib

149521

Balakəndə baş verən qətlin təfərrüatları məlum olub.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.  

Avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Zalxayev Şahin Əhməd oğlunun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. 
Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş. Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Zalxayev Əhməd Məhəmməd oğlu saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO