Mingəçevir su anbarında 2 nəfər batıb

Mingəçevir su anbarında 2 nəfər batıb

Hazırda oxunan: Mingəçevir su anbarında 2 nəfər batıb

149502

Mingəçevir su anbarında 2 nəfər batıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib. 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. 

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Axtarışlar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO