Qəzalı evlərin yerinə MÜASİR KOMPLEKS – “Kubinka” və “Papanin”in SİMASI YENİLƏNİR 

Qəzalı evlərin yerinə MÜASİR KOMPLEKS – “Kubinka” və “Papanin”in SİMASI YENİLƏNİR 

Hazırda oxunan: Qəzalı evlərin yerinə MÜASİR KOMPLEKS – “Kubinka” və “Papanin”in SİMASI YENİLƏNİR 

149492

Paytaxtın “Kubinka”, “Papanin” kimi əraziləri dedikdə, ilk ağıla gələn köhnə, sınıq-salxaq evlərdir. Bu vəziyyət təkcə şəhərin estetik görüntüsünü korlamır, eyni zamanda orada yaşayan sakinlərin də sağlamlıqları, həyatları üçün ciddi təhlükə yaradır. 

İlk növbədə ona görə ki, darısqal, rütubətli otaqlar başlı-başına xəstəlik mənbəyidir.  

Eyni zamanda Bakının seysmik cəhətdən aktiv zonada yerləşdiyi də hər birimizə bəllidir. Yəni, mümkün zəlzələ zamanı bu evlərin əksəriyyətinin dağılması qaçılmazdır. Bu da ərazidə yaşayan insanların həyatı üçün ciddi təhlükənin olması deməkdir. 

Xüsusən də, “Kubinka” ərazisində yaşı 200-ə yaxın olan evlər belə var. Bu səbəbdəndir ki, istismar müddəti bitmiş evlərin söküntüsü bağlı dayanmış işlər yenidən başlayıb. Əksər sakinlərlə söküntü işlərini aparan şirkət arasında artıq razılıq əldə olunub. 
Müvafiq kompensasiya qarşılığında onlar evlərini təhvil veriblər. Eyni zamanda sözügedən ərazidə tikiləcək yeni komplekslərdə sakinlər evlə təmin olunacaq. Üstəlik, yeni kompleks hazır olana qədər bu ərazidəki mənzil sahiblərinə kirayə üçün vəsait də müntəzəm qaydada ödənilir. 

“Papanin” ərazisində də oxşar vəziyyət hökm sürür. Köhnə, istismar müddətini uzun müddəti başa vurmuş, qəzalı evlərin söküntü işləri aparılır, yeni kompleksin inşası üçün müvafiq tədbirlər görülür.   

Lakin söküntü işləri xeyli ləng gedir.  

Səbəb isə budur ki, bəzi sakinlər söküntü işlərini aparan və həmin ərazilərdə tikinti işlərinə başlayacaq şirkətlə razılaşmaq istəmir, evlərini dəyərindən qat-qat artıq kompensasiya almaq istəyirlər. 

Bu cür vəziyyət söküntü işlərinin ləngiməsinə səbəb olmaqla yanaşı, şirkətlə razılaşan çoxsaylı vətəndaşların da narazılığına səbəb olub. Çünki söküntü işləri yekunlaşmamış, tikintiyə start vermək mümkün deyil. Belə olan halda, onlar yeni tikiləcək kompleksdən alacaqları evləri daha uzun müddət gözləməli olurlar.  

“İstismar müddətini başa vurmuş evlər sökülməli, yeni binalar tikilməlidir” 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc bildirib ki, sakinlər uzun müddətir bu ərazilərdəki sıxlıqdan qurtulacaqlarını gözləyirdilər: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının “Papanin” məhəlləsi niyə SÖKÜLMÜR? – Sakinlərlə İcra hakimiyyəti ÜZ-ÜZƏ – FOTO 


“Onlar yeni binalarda yaşayacaqlarını ümid edirdilər. Hesab edirəm ki, bu proses Bakı şəhərinin yenidən gözəlləşməsinə və daha da yaxşılaşmasına səbəb olacaq. Bu cür işlər şəhərin digər ərazilərində də başlamalıdır. İstismar müddətini başa vurmuş evlər, eləcə də kiçik mərtəbəli binalar sökülməli, əvəzində isə müasir standartlara cavab verən hündür mərtəbəli binalar tikilməlidir”.  

“Sakinlər komfortlu mənzillərlə təmin olunacaqlar” 

Keçmiş “Kubinka” və “Papanin” qəsəbələrində tikiləcək binaların şəhərə yeni görkəm verəcəyini bildirən ekspertin fikrincə, burada yaşayan vətəndaşların da yeni tikililərdə mənzillə təmin olunması ədalətli yanaşmadır:

“Onlar həm yaşadıqları ərazilərdə həyatlarına davam edəcəklər. Həm də yeni və komfortlu mənzillərlə təmin olunacaqlar ki, bu da dövlətimizin mahiyyətinə uyğundur.

Çünki, Azərbaycanda vətəndaşların sosial rifahının yüksəldilməsi və sosial ədalətin təmin olunması istiqamətində addımlar atılır və layihələr həyata keçirilir”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO