Balakəndə 47 yaşlı kişi QƏTLƏ YETİRİLDİ 

Balakəndə 47 yaşlı kişi QƏTLƏ YETİRİLDİ 

Hazırda oxunan: Balakəndə 47 yaşlı kişi QƏTLƏ YETİRİLDİ 

149489

Balakəndə qətl hadisəsi baş verib. Qanlı cinayət rayonun Xalatala kəndində qeydə alınıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.  

Qeyd olunur ki, bu gün saat 17 radələrində Balakənin Xalatala kənd sakini 47 yaşlı Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı aşkar edilib.

Baş vermiş cinayət hadisəsi ilə bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.  

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparır.

Cinayət hadisəsinin isti izlərlə açılması məqsədi ilə əməliyyat-axtarış qrupu yaradılıb və axtarışlar aparılır.  

Şahin Zalxayevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs və ya şəxslərin yerinin müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO