LGBT təbliğatının YENİ FORMASI – Uşaq şarlarını çirkin oyuna kimlər ALƏT EDİR?

LGBT təbliğatının YENİ FORMASI – Uşaq şarlarını çirkin oyuna kimlər ALƏT EDİR?

Hazırda oxunan: LGBT təbliğatının YENİ FORMASI – Uşaq şarlarını çirkin oyuna kimlər ALƏT EDİR?

149481

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl müğənni Nadir Qafarzadə sosial media hesabında ailəsi ilə fotolarını paylaşıb. İfaçı gəlininin ad günü ilə bağlı etdiyi paylaşımda LGBT bayrağını təsvir edən şarın bütün fotolarda ön planda saxlanılması ciddi müzakirələrə yol açıb. 

Sosial şəbəkə istifadəçiləri şara görə Nadir Qafarzadəni ciddi şəkildə qınayıblar. İfaçının səslənən fikirlərə rəy bildirməməsi isə yeni müzakirələrə yol açıb. 

Doğrudan da, son zamanlar sosial  həyatımızda Qərbdən gələn və milli dəyərlərimizi sarsıtmağa yönələn halların sayı artıb. Feminizm, LGBT, cinsi azlıqlar və digər adlarla cəmiyyətimizə pərçim edilən layihələr ciddi narahatlıqlar doğurur. Maraqlıdır ki, bu cür layihələr daha çox gənclər arasında təşviq edilir. Və nə yazıq ki, çox zaman da uğurla sonlanır. 

Elə LGBT rəmzlərin addımbaşı rastımıza çıxması da bunun göstəricisidir. LGBT-ni təşviq edən aksesuarlar, geyimlər və digər əşyalar çox zaman evimizə qədər yol tapır. Nadir Qafarzadənin də evində belə biri şarın asılması da xeyli şübhə doğurur. Ola bilsin ki, ifaçı  və onun ailə üzvləri bunun heç fərqinə də varmayıblar. Lakin, bu cəmiyyətimizin ənənəvi yaşam tərzində dərin çatlar yaradır.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev bildirib ki, Azərbaycan ənənəvi cəmiyyətdir:

“Azərbaycan kimi ölkələrdə hər şey ənənələrə söykənir. Geosiyasi maraqları olan ölkələr də ənənəvi cəmiyyətləri xoşlamır. Çünki, onlar istəyir ki, cəmiyyətlər daha asan idarə olunsun. Axı, onlar asan idarə olunan cəmiyyətlərdən öz maraqları üçün bir alət kimi istifadə edirlər. Ona görə də qlobal güclər ənənəvi cəmiyyətlərə qarşı müxtəlif vasitələrlə təzyiq edir, həmin cəmiyyətlərdə feminizmi, LGBT və digər üzdəniraq ideyaları təbliğ edirlər. Bu zamansa elə metodlar seçilir ki, ənənəvi cəmiyyətdə yaşayan insanlar bir də baxır ki, yeni “ənənə”lərin ortamındadır”.

Üzeyir Şəfiyev onu da qeyd edib ki, maraqlı qüvvələr öz hədəflərinə çatmaq üçün daha çox kütləvi informasiya vasitələrindən, insanların gündəlik maraq göstərdiyi sahələrdən məharətlə istifadə edirlər:

“Onlardan biri də insanların, daha çox da yeniyetmələrin maraq dairəsinə nüfuz etməkdir. Məsələn indiki gənclik al-əlvan rənglərə daha çox meyl edir. Bu zamansa qlobal güclər öz layihələrini hətta rənglərin dili ilə reallaşdırırlar. Necə ki, LGBT rəmzləri də məhz rənglərin ifadəsi ilə gənclərə aşılanır. 

Ümumiyyətlə, LGBT o yerdə inkişaf tapır ki, onu güclü şəkildə təşviq edirlər. Və bu yavaş-yavaş epidemik vəziyyətə gətirilir. Nə qədər ki, ona ayaq verirsən, bir o qədər də o yayılır, metastaz verir. LGBT bizim cəmiyyət üçün nə qədər yabançı olsa da davamlı şəkildə onu bizim həyatımıza pərçim etmək istəyirlər.

Bunun üçün istifadə edilən alətlərdən biri də müxtəlif məhsulların üzərindəki şəkillər və yazılardır. 

Doğrudur, bütün çabalara rəğmən LGBT bizim ənənəvi cəmiyyətimizdə özünə yer edə bilməyəcək. Lakin, müəyyən yan təsirləri olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO