Xəbər verildiyi kimi Azərbaycanda sünnət olunan 8 yaşlı uşaq həkim səhvinin qurbanı olub. Uşağın atası Çingiz Seyidli cərrah Fuad Nəzərovdan şikayətçi olduğunu və məsuliyyətə cəlb olunmasını tələb edib.
Ata qeyd edib ki, Fuad Nəzərov nəinki öz səhvini boynuna almaq əvəzinə üstəlik onu başqa həkimlərə yönləndirib.
MÖVZU İLƏ BAĞLI:
Sünnət zamanı 8 yaşlı oğlanın cinsiyyət orqanı zədələnib – VİDEO
Beləliklə azyaşlı yenidən əməliyyata alınsa da, səhlənkarlıq edən Fuad Nəzərovun səhvini düzəltmək mümkün olmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-in nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə, müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur.
Məsələ ilə bağlı Baş prokurorluğun rəsmisi Aysel Həsənova Bizim.Media-ya bildirib ki, zərərçəkənin atası Çingiz Seyidli övladını şikəst edən həkim barədə Nəsimi rayon prokuroluğuna müraciət edib. Hazırda şikayətçinin müraciəti ilə bağlı iş icraatdadır.
Xatırladaq ki, Fuad Nəzərov 8 yaşlı uşağı sünnət edərkən dərini artıq kəsib və orqanın kanalını yandırıb. Bir neçə gün sonra uşaqda sidiyə getmə zamanı qanaxma baş verib.
Alçina Amilqızı, Bizim.Media