Məhərrəm ayı ilə bağlı vətəndaşları saxta 200 manatlıqlarla aldadan şəxs SAXLANILDI - FOTO 

Məhərrəm ayı ilə bağlı vətəndaşları saxta 200 manatlıqlarla aldadan şəxs SAXLANILDI - FOTO 

Hazırda oxunan: Məhərrəm ayı ilə bağlı vətəndaşları saxta 200 manatlıqlarla aldadan şəxs SAXLANILDI - FOTO 

149442

Bakıda saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs saxlanılıb (FOTO) 
Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı altında vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib. 

Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb. 
Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir. 

Araşdırmalar davam etdirilir. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO