Paytaxtda 77 avtobus GECİKİR – SİYAHI  

Paytaxtda 77 avtobus GECİKİR – SİYAHI  

Hazırda oxunan: Paytaxtda 77 avtobus GECİKİR – SİYAHI  

149399

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 21 müntəzəm marşrut xətti üzrə 77 avtobusun hərəkət intervalında gecikmələr var. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Marşrutlar üzrə gecikmələr aşağıdakı kimidir: 

1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur. 

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 14-16 dəqiqə gecikmə müşahidə olunur.
3. Binəqədi şosesi – şəhər istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-17 dəqiqə gecikmə müşahidə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO