Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirlib ki, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.
Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.
Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.
Əlavə sual yarandığı zaman [email protected] elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:26 / 03.08.2023
Xaricdə doktorantura təhsilinə start VERİLİR
Hazırda oxunan: Xaricdə doktorantura təhsilinə start VERİLİR
Hazırda oxunan: Xaricdə doktorantura təhsilinə start VERİLİR
149321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.