“Google” pulunuzdan 24% tuta bilər – Bundan necə xilas olmalı? – VİDEO-ya baxın

“Google” pulunuzdan 24% tuta bilər – Bundan necə xilas olmalı? – VİDEO-ya baxın

Hazırda oxunan: “Google” pulunuzdan 24% tuta bilər – Bundan necə xilas olmalı? – VİDEO-ya baxın

14930

Xəbər verdiyimiz kimi “Google” korporasiyası 2021-ci ilin iyun ayından etibarən “YouTube”da blogerlik edən şəxslərdən vergi tutulacağı barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə bir müddət əvvəl korporasiyanın blogerlər arasında yayılan açıqlamasında bildirilib.

“Google” vergi məbləğini təyin etmək üçün 31 may tarixinədək “Adsense”ə müvafiq vergi məlumatlarını göndərməyi xahiş edir. Bu hesabatı yollamayan youtuberlər qazanclarının 24%-dəki itirə bilərlər. Çünki “Google” bu məbləği onlardan vergi qismində tutmağı tələb edəcək.

Bu isə youtuberlər üçün yeni problem yaradıb. İndi vergi deklarasiyasını doğru doldurmaq haqqında suallar meydana çıxıb. Doğru olaraq bu, form necə doldurulmalıdır. Hesabatda edilən bir yanlış bloqerləri gəlirlərinin müəyyən hissəsindən məhrum edə bilər.

Vergi deklarasiyası nədir və işləmə mexanizmi necədir? 

Bunun üçün bloqerlik fəaliyyəti ilə məşğul olan şəxs “Google Adsense” də öz vergi məlumatlarını təqdim etməlidirlər. 

Ölkədə bloqerlər iki cür fəaliyyət göstərir: Vergi ödəyən və ödəməyən şəxslər.
Vergi ödəyən bloqerlər iki ölkə ABŞ və Azərbaycan arasında olan “ikiqat vergidən azad olunma” razılaşmasına  görə vergidən azaddırlar.

Ödəyicilərdən fərqli olaraq vergi ödəməyən və VÖEN-i olmayan şəxslər isə ABŞ-dan əldə etdikləri gəlirin 30 %-ini “Adsense” onlardan avtomatik olaraq tutacaq.

Youtuber Ruslan Əliyev mövzu barədə öz kanalında geniş videoçarx yayımlayaraq, vergi formunu düzgün doldurmağın yolunu ən xırda detallarına qədər izah edib. Videogörüntüyə baxan şəxs asanlıqla vergi deklarasiyasını dolduraraq, rahat şəkildə öz bloqerlik fəaliyyətini davam etdirə bilər.

Sözügedən videonu təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO