“Bakı İslam Universitetini bitirən yüzlərlə tələbənin diplomu tanınmır, bakalavrlar isə magistraturaya daxil ola bilmir”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Elmar Rüstəmov Parlamentdə tənqid edildi - ''Pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur''
“Bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub? Niyə iki dəfə 5 illik olmaqla 10 illik lisenziya ala bilib? Nədən oranı bitirənlər ilyarım yox, bir illik hərbi xidmətə çağırıb? 20 nəfərlik bir qrupda bir nəfər məhkəmə yolu ilə diplomunu ala bilibsə, 19 nəfər də ala bilər.
Bu məsələdə ciddi ədalətsizlik, nizamsızlıq və 3550 nəfərin taleyinə biganəlik var”.
Deputat Baş nazirdən məsələnin həllinə kömək göstərməyi xahiş edib.
Bizim.Media