Müğənni Roza Zərgərli “German Hospital”dan şikayətlənib. Mədəqatlama əməliyyatı keçirən müğənni həkim səhvi ucbatından ölümcül vəziyyətə düşdüyünü iddia edib. Əməliyyatdan sonra səhhətində ciddi problemlər yaşandığını vurğulayan Roza Zərgərli məsələyə məsul olan bariatrik -cərrah Aslan Abdullayevə və “German Hospital”ın rəhbəri İlham Əliyevə təzminat davası qaldırıb.
Həmçinin həkim səhlənkarlığı ucbatından sağlamlığına xətər yetirildiyi üçün “German Hospital”ı bağlatdırcağını iddia edib.
Dəfələrlə əlaqə yaratmaq cəhdlərimizdən sonra "German Hospital"ın əməkdaşı Bizim.Media-ya mövqe bildirib:
MÖVZU İLƏ BAĞLI:
Roza Zərgərlidən “German Hospital”la bağlı ŞİKAYƏT – “Adam öldürəndirlər” – VİDEO
“Məsələdən xəbərdarıq. Bu, klinika daxilində həll olunacaq məsələdir. Bunu mediaya qarışdırmırlar. Ona görə də heç kim danışmır”, deyə xanım əməkdaş qeyd edib.
Əldə etdiyimiz məlumata görə klinikanın rəhbəri İlham Əliyev hazırda ölkə xaricindədir. O, öz səhhətində yaranmış narahatlığı ilə bağlı xarici xəstəxanalardan birində müalicə alır.
Alçina Amilqızı, Bizim.Media