Ucarda 59 yaşlı kişini maşın vurdu 

Ucarda 59 yaşlı kişini maşın vurdu 

Hazırda oxunan: Ucarda 59 yaşlı kişini maşın vurdu 

149225

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. 

Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Tofiq Hətəm oğlu Qurbanov idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə piyada, Ucar rayonunun Xalac kənd sakini, 1964-cü il təvəllüdlü Hüseyn Murad oğlu İsmayılovu vurub.  
Ağır xəsarət alan piyada hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO