Bərdədə su basmış kənddən təxliyə işləri başlayıb - VİDEO

Bərdədə su basmış kənddən təxliyə işləri başlayıb - VİDEO

Hazırda oxunan: Bərdədə su basmış kənddən təxliyə işləri başlayıb - VİDEO

149222

Xəbər verildiyi kimi, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub. 

Bizim.Media xəbər verir ki, FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib. 

Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO