“Azərbaycanda “cehiz faizi” deyilən yüksək faizli istehlak kreditləri ailə quranların faciəsinə çevrilib”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur:
“Mərkəzi Bankın sədri iddia edir ki, Bankın yeni binasının tikintisi üçün elan edilən tenderin nəticəsi məlum olub. Anormal bank sistemimizdə islahatlara ehtiyac var. Vətəndaş-bank sistemi bataqlıqdadır. “Bank haqqında” qanun yenidən qəbul edilməlidir.
Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, illik smetasındakı müstəqilliyinə son qoyulmalıdır. Bu səlahiyyətlər Milli Məclisə verilməlidir.
Dünyanın böyük banklarının Azərbaycana gətirilməsi təmin edilməlidir. İllərdir, buna ciddi şəkildə maneələr törədilir. Sinqapur, Yaponiya nümunəsi göz önündədir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 16.03.2021
Elmar Rüstəmov Parlamentdə tənqid edildi - ''Pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur''
Hazırda oxunan: Elmar Rüstəmov Parlamentdə tənqid edildi - ''Pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur''
Hazırda oxunan: Elmar Rüstəmov Parlamentdə tənqid edildi - ''Pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur''
14921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.