“Youtube”da yeni FUNKSİYA  

“Youtube”da yeni FUNKSİYA  

Hazırda oxunan: “Youtube”da yeni FUNKSİYA  

149203

“Youtube” platforması özünün “Shorts” adlı qısa videolarının imkanlarını genişləndirməyə davam edir.  

Bizim.Media xəbər verir ki, yaxın zamanda “Shorts”a TikTok-un funksiyalarına bənzər yeni funksiyalar əlavə ediləcək.

Belə ki, artıq “Shorts” vasitəsilə də şaquli formatlı canlı yayımlar etmək, Youtube-dakı uzun xronometrajlı videolardan qısametrajlı videoların hazırlanması mümkün olacaq.  

İstifadəçilər “Shorts” bölməsində canlı yayımlara baxa və hər hansısa canlı yayıma baxış zamanı canlı yayım videosunu yuxarı sürüşdürərək digərlərinə nəzər yetirə biləcək.

“Shorts”dakı canlı yayımlarda həmçinin ödənişli çat və ödənişli abunəlik kimi monetizasiya mexanizmləri aktiv olacaq.
“Youtube” hazırda “Shorts” bölməsinin ana səhifəsindəki canlı yayımlara ön baxış imkanını test edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO