Xaricdə təhsil alan 260 nəfərin diplomu TANINMAYIB 

Xaricdə təhsil alan 260 nəfərin diplomu TANINMAYIB 

Hazırda oxunan: Xaricdə təhsil alan 260 nəfərin diplomu TANINMAYIB 

149181

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı iyul ayı üzrə 1134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək, müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. 

Bildirilib ki, ökələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyə Respublikasından 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciətin olduğu müşahidə olunur. 
Qeyd olunub ki, ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, bizensin idarə edilməsi üzrə 54 müraciətçi qeydə alınıb. 

Vurğulanıb ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO