“Yerli icra orqanları torpaq alveri ilə məşğuldur” – Fazil Mustafa

“Yerli icra orqanları torpaq alveri ilə məşğuldur” – Fazil Mustafa

Hazırda oxunan: “Yerli icra orqanları torpaq alveri ilə məşğuldur” – Fazil Mustafa

149154

Son 2 gündə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad və Tərtər rayon icra hakimiyyətlərində əməliyyat keçirib. Və hər iki rayonun baş memarı saxlanılıb. 
Maraqlı məqamsa ondan ibarət idi ki, Cəlilabad Şəhər Bələdiyyəsinin sədri də keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Bu isə icra hakimiyyətləri və bələdiyyələrin torpaq satmaq işlərində ortaq hərəkət etməsi şübhəsini daha da artırır. Baxmayaraq ki, hüquqi cəhətdən icra hakimiyyətlərinin buna birbaşa səlahiyyətləri çatmır. 
Eyni zamanda bələdiyyələrin də torpaq satmaq barədə səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Belə ki, 2007-ci ildən etibarən bələdiyyələrin müstəqil şəkildə torpaq ayırmaq və satmaq səlahiyyəti yoxdur. İstənilən bələdiyyə torpağı müsabiqə yolu və strateji məqsədlə və hərrac yolu ilə satıla bilər. 

Amma görünən odur ki, bəzən mövcud qadağalar da pozulur. Və bələdiyyə, bəzi hallarda isə hətta dövlət fonduna aid torpaqları dələduzluq yolu ilə ayrı-ayrı işbazlara satırlar. 

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, belə əməliyyatların keçirilməsi korrupsiyaya qarşı mübarizənin vacib elementlərindəndir:
 

MÖVZU İLƏ BAĞLI:

Yevlaxın icra başçısına yeni müavin təyin olunub 


“Maddi-məsul şəxslərin məsuliyyətə cəlb olunması və onlara qarşı müəyyən addımların atılması dövlət postundan istifadə edərək korrupsiya ilə məşğul olan qüvvələrin sarsıdılmasına xidmət edir. Bütün hallarda bu addımlar dəstəklənməlidir.

Çünki, bəzi üzdəniraq məmurların yaratdığı çirkin aura dövlətimizin və cəmiyyətimizin imicinə güclü zərbə vurur. 

Çox təəssüf ki, uzun illərdir ki, ölkəmizdə torpaq alveri davam edir. Əvvəllər bunu bələdiyyələr edirdisə, indi bu işlə yerli icra orqanları məşğuldur. Son həbslər də göstərir ki, hələ də biz özümüzə normal bir hüquqi mexanizm qura bilməmişik”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO