“Sabunçu” xəstəxanasında növbəti BƏDBƏXT HADİSƏ – Əməliyyata hazırlanan kişi niyə ÖLÜB?

“Sabunçu” xəstəxanasında növbəti BƏDBƏXT HADİSƏ – Əməliyyata hazırlanan kişi niyə ÖLÜB?

Hazırda oxunan: “Sabunçu” xəstəxanasında növbəti BƏDBƏXT HADİSƏ – Əməliyyata hazırlanan kişi niyə ÖLÜB?

149107

Xəbər verildiyi kimi Bakıda xəstənin anesteziya zamanı öldüyü iddia olunur. Belə ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) əməliyyata hazırlanan 58 yaşlı Elxan Mirzə oğlu Xələfovun narkoz üçün iynə vurulan zaman öldüyü bildirilir.  

El arasında “ölüm xəstəxanası və “morq” kimi dillərə düşən 3 saylı Şəhər Klinik Xəstəxanasında növbəti ölüm hadisəsinin baş verməsi və xəstənin məhz narkozdan sonra dünyasını dəyişməsi ciddi müzakirələr yaradıb.  
 

MÖVZU İLƏ BAĞLI:

“Sabunçu” xəstəxanasında OLAY – Anasının həkim laqeydliyindən öldüyünü iddia edən şəxs nələr açıqladı? - FOTO


Ölümün səbəbini öyrənmək üçün Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə yaratdıq. TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstənin narkozdan ölməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: 

“58 yaşlı Elxan Mirzə oğlu Xələfov 29 iyul tarixində Kliniki Tibbi Mərkəzə gətirilib. Müayinələrdən sonra xəstəyə qamış sümüyünün proksimal hissəsinin çox parçalı sınığı diaqnozu qoyulub və xəstəyə əməliyyat təyin olunub. Əməliyyata hazırlanarkən trombemaliya əlamətləri özünü göstərib və vəziyyəti pisləşib.  
Təngnəfəslik, soyuq tər, huşun itməsi müşahidə olunub. Dərhal xəstə intubasiya olunub, süni tənəffüs aparatına qoşulub, CPR olunub. Lakin göstərilən bütün müdaxilələrə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq”, - deyə qurumun məlumatında qeyd olunub. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO