Ağdamdan Xankəndiyə gedən yolun təmirinə başlanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı AzTV reportaj hazırlayıb.
Müxbirin sözlərinə görə, Bərdə-Ağdam magistralı demək olar ki, hazırdır:
"İndi isə Ağdamdan qədim şəhərimiz olan doğma Xankəndiyə yol çəkilir. Bu yolun humanitar yardım üçün böyük əhəmiyyəti var".
Xatırladaq ki, Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan ölkəmizlə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərib.
Daha ətraflı videomaterilda:
Bizim.Media