Balakəndə “Azərbaycan əlifbası və Ana dili günü” qeyd olunub - FOTO 

Balakəndə “Azərbaycan əlifbası və Ana dili günü” qeyd olunub - FOTO 

Hazırda oxunan: Balakəndə “Azərbaycan əlifbası və Ana dili günü” qeyd olunub - FOTO 

149072

Balakəndə “Azərbaycan əlifbası və Ana dili günü” qeyd olunub. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid valideynləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.  

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  

Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə çıxış edənlər qeyd edib ki, 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib.

Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.
Tədbirdə həmçinin şəhid anası Gülşən Kərimova, sertifikasiya imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş Qaysa kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Mollayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramazan Xutra milli-mənəvi dəyərlərimizin əsas tərkib hissəsi olan ana dilimizin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən geniş söhbət açıblar.  

Sonda şagirdlərin ifasında dilimizin gözəlliyini vəsf edən şeirlər səsləndirilib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO