Axşam saatlatında Şimal-Qərb bölgəsinə daxil olan Qax, Zaqatala və Balakən rayonlarının elektrik təchizatında bir müddət fasilə yaranıb.
Bizim.Media-nın yerli bürosu bildirir ki, axşam saat 19.10 radələrindən başlayaraq adları çəkilən rayonlara xidmət edən 110 kilovoltluq yüksək gərginlikli xətdə qəza baş verib.
Nəticədə hər üç rayonun elektrik təchizatı ilə yanaşı həm də rabitə və internet verilişində problem yaşanıb. Baş verən qəzanın aradan qaldırılması istiqamətində qəza xidmət briqadaları əraziyə baxış keçirib, hadisə yeri müəyyən olunub.
Dərhal briqadalar təmir-bərpa işlərinə başlayıb və bir saat müddətində yüksək gərginlikli xəttdə elektrik enerjisinin verilməsi bərpa olunub.
“Azərişıq” səhmdar cəmiyyətinin Şimal-Qərb Regional Şəbəkəsindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, saat 20.30 radələrində ilk test edilib.
Xəttin dayanıqlığı bir daha yoxlandıqdan, təhlükəsizlik tədbirləri tam təmin edildikdən sonra bölgə rayonlarına enerjinin verilməsi bərpa olunub.
Hazırda hər üçün rayonda. ümumiyyətlə bölgədə elektrik təchizatında elecə də rabitə və internetin verilişində heç bir məhdudiyyət və problem müşahidə edilmir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:37 / 01.08.2023
Şimal-Qərb bölgəsində elektrik təchizatında yaranmış problem ARADAN QALDIRILDI
Hazırda oxunan: Şimal-Qərb bölgəsində elektrik təchizatında yaranmış problem ARADAN QALDIRILDI
Hazırda oxunan: Şimal-Qərb bölgəsində elektrik təchizatında yaranmış problem ARADAN QALDIRILDI
149043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.