Bir qrup amerikalı jurnalist Ağdamda - FOTO

Bir qrup amerikalı jurnalist Ağdamda - FOTO

Hazırda oxunan: Bir qrup amerikalı jurnalist Ağdamda - FOTO

148998

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub.

Bizim.Media xəbər verir ki, Qarabağa səfərin proqramı Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhərindən başlayıb.

Öncə ANAMA əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda basdırılmış minalar barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb, iki yerüstü minanın təmizlənməsi əməliyyatı nümayiş etdirilib.
Sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı erməni vandalizmi nəticəsində ərazidəki tarixi, mədəni və dini abidələrin əksəriyyətinin dağıdıldığı barədə məlumat verib.

Amerikalı jurnalistlər Cümə məscidini, Şəhidlər Xiyabanını və Ağdam Dram Teatrını ziyarət ediblər.

Onlara bu memarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərilib. Xarici qonaqlar qarşılaşdıqları mənzərədən şoka düşdüklərini gizlətməyiblər.

Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO