Bildiyiniz kimi, 27 aprel 2023-cü il tarixində “Naxçıvan” Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə hər iki ali təhsil müəssisəsinin Elmi Kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması da nəzərdə tutulub.
Bu məqsədlə yaxın günlərdə “Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Emelya Süleymanova və Azərbaycan İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (UNEC KİM) direktoru Adilə Abdullayeva arasında kitabxana sistemi ilə bağlı onlayn görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Onlayn görüşlərin nəticəsində artıq Azərbaycan İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (UNEC KİM) elektron kitabxanası “Naxçıvan” Universitetinin professor-müəllim heyətinin və tələbələrinin istifadəsinə verilib.
Eyni zamanda, universitet heyəti və tələbələr UNEC KİM-in açıq girişi olan və abonə olduqları elektron bazalarındakı 1 milyona yaxın resursdan istifadə edə biləcəklər.
İndi isə sizə açıq girişi olan və istifadə edə biləcəyimiz elektron bazaları təqdim edirik:
1. AgEcon- Kənd təsərrüfatı və iqtisadiyyata dair resurslar
2. Açıq elmi kataloq
3. Açıq dərslik kitabxanası
4. Açıq jurnallar
5. Ankara universitetinin resursları 1
6. Ankara universitetinin resursları 2
7. Birləşmiş Millətlər Kitabxanası
8. Beynəlxalq Valyuta Fondu
9. Dünya Fondu
10. Müxtəlif bilik sahələri üzrə resurslar
11. Elsevier | An Information Analytics Business- Qeyd edək ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş "Elsevier” dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən "Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 33 000-dən çox elektron kitab olan, hər il 2500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur.
Eyni zamanda, "Elsevier” sıralarında "ScienceDirect”, "Scopus”, "Elsevier Research Intelligence” və "Clinical Key” kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazalı, rəqəmsal həllər və "The Lancet” və "Cell” kimi məşhur nəşrləri əhatə edir.
12.Hindawi //www.hindawi.com/ -
13. Siyasi elmlərə dair jurnallar
14. İnternet arxivi
15. Bakı Dövlət Universitetinin resursları elibrary.bsu.az
16. EconBiz
17. Dünya rəqəmsal kitabxanası
18. Kembric Universiteti Nəşri
19. Kembric Universiteti Nəşri 2
20. İstanbul Universiteti kitabxanası
21. Universal Rəqəmsal Kitabxana-Milyon Kitab Kolleksiyası
22. İKSAD Beynəlxalq Nəşriyyat Evi
Abunə olduqları elektron bazalar:
1. İPRSMART
2. Emerald
3. EBSCOhost.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:49 / 01.08.2023
“Naxçıvan” Universiteti Elmi Kitabxanasının informasiya mənbələri zənginləşir
Hazırda oxunan: “Naxçıvan” Universiteti Elmi Kitabxanasının informasiya mənbələri zənginləşir
Hazırda oxunan: “Naxçıvan” Universiteti Elmi Kitabxanasının informasiya mənbələri zənginləşir
148975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.