Ucarda maşın 42 yaşlı qadını VURDU 

Ucarda maşın 42 yaşlı qadını VURDU 

Hazırda oxunan: Ucarda maşın 42 yaşlı qadını VURDU 

148971

Ucarda 42 yaşlı qadını maşın vurub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik maşını 1981-ci il təvəllüdlü İsmayılova Xatirə Abbasəli qızını vurub. Ağır dərəcəli bədən xəsarətləri alan qadın Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Həkimlər Xatirə İsmayılovanın Bakıdakı xəstəxanalardan birinə təxliyəsini planlaşdırırlar. 

Qeyd edək ki, adı çəkilən ərazidə gecə saatlarında piyadaların vurulması, ölümü ilə nəticələnən yol qəzaları tez-tez baş verir. Buna əsas səbəb şəhərdaxili yolun gecə saatlarında qaranlıq olması göstərilir. Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO