Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə BAŞLANILIR  

Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə BAŞLANILIR  

Hazırda oxunan: Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə BAŞLANILIR  

148911

1 avqust saat 11:00-da regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Proses www.bq.edu.az üzərindən sentyabrın 1-dək həyata keçiriləcək. 

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür.

Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. 
Qeyd edək ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO