Balakəndə baş verən qəzanın ilkin səbəbləri BİLİNDİ - FOTO 

Balakəndə baş verən qəzanın ilkin səbəbləri BİLİNDİ - FOTO 

Hazırda oxunan: Balakəndə baş verən qəzanın ilkin səbəbləri BİLİNDİ - FOTO 

148864

Balakən rayon ərazisində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin səbəbləri məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisəyə səbəb hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına iribuynuzlu malın çıxması olub.
 

MÖVZU İLƏ BAĞLI:

Balakəndə YOL QƏZASI: Üç yaralı var 


Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin araşdırmalarla bəlli olub ki, “Mercedes” markalı avtomaşın Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən onun qarşısına iribuynuzlu mal çıxıb. Sürücü qarşısına çıxan iribuynuzlu maldan yayınmaq istəsə də buna nail ola bilməyib. Nəticədə əvvəl malı vurub daha sonra qarşısına çıxan yük maşınınına dəyib.  

Qəza zamanı minik avtomobilində olan üç nəfər Balakən rayonu Tülü kənd sakinləri 66 yaşlı Nərman Tahirov, Nərmanın övladı 16 yaşlı İsgəndər Tahirov və Zaqatala rayonu Muxax kənd sakini, 32 yaşlı Sənan Abakarov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Xəstəxanada onların müayinəsi aparılıb, müalicələrinin davam etdirilməsi məqsədi ilə reanimasiya şöbəsinə yerləşdiriliblər.  

Faktla bağlı araşdırmalar davam edir.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO