Göyçayda Qadın Resurs Mərkəzi açıldı - FOTO

Göyçayda Qadın Resurs Mərkəzi açıldı - FOTO

Hazırda oxunan: Göyçayda Qadın Resurs Mərkəzi açıldı - FOTO

14886

Göyçayda Qadın Resurs Mərkəzinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində qonaqlar əvvəlcə mərkəzin fəaliyyəti ilə tanış olub, yeni açılan Qadın Resurs Mərkəzi üçün yaradılan şəraitə baxıblar.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə direktoru Karin Hoerhan, Göyçay Qadın Resurs Mərkəzinin rəhbəri Vüsalə Məmmədova, sahibkarlıq fəaliyyətlərinə dəstək göstərilmiş Aysel Fətullayeva, Nərgiz Səmədova, Aynur Əsgərova çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə 2020-ci ilin sentyabr ayından başlayaraq “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması” layihəsini həyata keçirir.

Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların sahibkarlıq fəaliyyətinə qoşulmaları, onların arasında mikro sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik, bacarıqlarının gücləndirilməsi və məşğulluğunun artırılması üçün iqtisadi imkanlarının genişləndirilməsidir. 

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında seçilən, məşğulluğuna dəstək göstəriləcək qadınlar üçün “Özünü təqdim etmə bacarıqları”, “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Gender bərabərliyi və insan hüquqları”, “Erkən nikah və məişət zorakılığı”, “Maliyyə savadlılığı” , “Ailə büdcəsinin idarə olunması”, “Biznesin təşkili və idarə olunması” mövzularında təlimlər keçirilib. Təlimlərdə 30-a yaxın qadın və qız iştirak edib.

Dekabr ayında 28 qadına (14 nəfər bərbərlik, 4 nəfər dərzilik, 3 nəfər əl işləri, 4 nəfər fermer, 2 nəfər şirniyyatçı, 1 nəfər xalçaçılıq fəaliyyəti üçün) biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri-pul şəklində maddi dəstək göstərilib, onlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO