Balakəndə YOL QƏZASI: Üç yaralı var 

Balakəndə YOL QƏZASI: Üç yaralı var 

Hazırda oxunan: Balakəndə YOL QƏZASI: Üç yaralı var 

148832

Axşama doğru Balakən rayon ərazisində iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə Balakəndən Təcili Tibbi Yardım çağrılıb.

Qəzaya düşən avtomobillərdə olan şəxslərə yardım edilərək avtomobillərdən çızarılıb, həkimlər onlara lazımı ilkin yardım göstərib. Daha sonra qəzada xəsarət alan hər üç nəfər Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılaraq müayinədən keçirilib.
Yük maşını ilə minik avtomobilinin toqquşması zamanı baş verən qəzanın hansı sürücünün səhlənkarlığından baş verməsi artıq müvafiq orqanlar tərəfindən araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO