Meşəli sakinləri Bizim.Media-ya Vaqif Xaçaturyanın törətdiyi dəhşətlərdən DANIŞDILAR – VİDEO 

Meşəli sakinləri Bizim.Media-ya Vaqif Xaçaturyanın törətdiyi dəhşətlərdən DANIŞDILAR – VİDEO 

Hazırda oxunan: Meşəli sakinləri Bizim.Media-ya Vaqif Xaçaturyanın törətdiyi dəhşətlərdən DANIŞDILAR – VİDEO 

148808

Xəbər verdiyimizi kimi, iyul ayının 29-da Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. 

Meşəli cəlladının saxlanılması xəbəri ölkədə rezonans doğurdu. Bu xəbəri eşidən, hadisə şahidi və hadisədən zərər çəkmiş şəxslər Bizim.Media-ya həmin gün yaşadıqları dəhşətləri danışıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı əsir danışır: “Vaqif Xaçatryan başımızı əzirdi” - ARXİV VİDEO


Xocalının Meşəli kəndindən olan Rəcəbovlar ailəsi də məhz 1991-ci ildə Meşəli sakinlərinin başına gətirilən soyqırımı aktının qurbanı olublar. Qətliam törədilən zaman ailənin yaralıları olmaqla yanaşı 1 yaş altı aylıq övladı da donvurma və ağır kəllə-beyin travmasından həlak olub.

Hazırda Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan ailənin bir üzvü İmran Rəcəbov isə 44 günlük Vətən müharibəsinə hərbi qulluqçu kimi qatılaraq, aparılan hərbi əməliyyatlar zamanı öz sağlamlığını itirib.
İmran Rəcəbov əli dinc Xocalı sakinlərinin qanına batmış terrorçu Vaqif Xaçaturyanın həbs edilməsini təsəlli hesab etdiyini və digərlərinin də tutulub cəzalandırılacağına inandığını bildirib. 

Daha ətraflı hazırladığımız videomaterialda: 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO