Həyət evləri sökülür, parklanma yerləri SALINIR... – Yeni təklif effektli OLA BİLƏRMİ?

Həyət evləri sökülür, parklanma yerləri SALINIR... – Yeni təklif effektli OLA BİLƏRMİ?

Hazırda oxunan: Həyət evləri sökülür, parklanma yerləri SALINIR... – Yeni təklif effektli OLA BİLƏRMİ?

148786

Nəqliyyat vasitələrinin parklanması şəhər mobilliyinin əsas elementlərindən sayılsa da, bu məsələ ilə bağlı narazılıq bitmir. Son vaxtlar Bakıda parklama yerləri tapılmır. Maşın sayı o qədər artıb ki, şəhərdə park edilən avtomobillər hər yolun bir zolağını, binaların həyətlərini, səkiləri və mümkün olan bütün yerləri tutub. Yaradılan yeni parklama yerləri isə ödənişli xidmət göstərir. 

Problemin yoluna qoyulması ilə bağlı yeni təklif ortaya atılıb. Bəzi ekspertlərin fikrincə, Bakıdakı həyət evləri sökülüb yerində parklanma yerləri yaradılmalıdır. 

Müzakirə yaradan təklifin Bakı üçün nə qədər əlverişli olması sual doğurur...

Mövzu ilə bağlı Bizim.Media-ya danışan yol-nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə şəhərsalma və arxitektura qaydalarına görə hər bir yaşayış, qeyri-yaşayış obyektinin özünün parklanma yeri olmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Parklanma ilə bağlı qaydalar qüvvəyə MİNDİ: Yeni QİYMƏTLƏR - FOTO 


“Parklanma yeri ziyarətçilərin və sakinlərin sayına mütənasib olmalıdır. Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerlərinin təşkil olunması ilə bağlı araşdırma aparılmalıdır ki, hansı səbəbdən, hansı obyektlərin parklanma yerləri mövcud deyil.

Yaxud parklanma yerləri olub, sonradan kimlərsə tərəfindən zəbt olunub. Əgər zəbt olunubsa, həmin parklanma yerləri sahiblərinə geri qaytarılmalı, dövlətindirsə, dövlətə qaytarılmalıdır. 

Ondan sonra sahibkarlara da şərait yaradılmalıdır ki, onlar özəl parklanma yerlərini təşkil etsinlər.

Həmçinin dövlət özü də müxtəlif ərazilərdə sökülməli olan həyət evlərinin yerində parklanma yerləri sala bilər.

Əsas odur ki, parklanma yerləri təşkil olunsun. Necə olacağı vacib deyil. Vacib olanı parklanma yerlərinin mövcudluğudur. Bu, məcburi xarakter daşıyır və Dövlət Proqramında da bu barədə əks olunub”.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO