Kəlbəcərin ucqar kəndlərinə elektrik xətləri ÇƏKİLİR - VİDEO 

Kəlbəcərin ucqar kəndlərinə elektrik xətləri ÇƏKİLİR - VİDEO 

Hazırda oxunan: Kəlbəcərin ucqar kəndlərinə elektrik xətləri ÇƏKİLİR - VİDEO 

148759

“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi işğaldan azad edilən tarixi torpaqlarımızda da yenidənqurma işlərini davam etdirir. 

“Azərişıq” ASC-dən Bizim.Media-ya verilən xəbərə görə, Kəlbəcərdə də ən ucqar kəndlərə belə işıq çəkilir.

Hazırda Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır. 

İzolyasiyalı kabellərin açıq xətlərlə müqayisədə üstünlükləri çoxdur. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma halları tez-tez baş verir. Əlavə olaraq meşə zolağından keçən hissədə ağacların budağının toxunması nəticəsində də açılmalar olur.

Çətin relyefə malik belə yerlərdə baş verən qəzaların aradan qaldırılması da kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə belə problemlər yaranmır. Nəticədə abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaqla yanaşı itkilər də azalır. Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır.

Xətlərin onlarla kilometr uzunluğunda olduğunu nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub. 
Xatırladaq ki, Azərişıq ASC tərəfindən 18 iyul 2020-ci tarixində Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO