"Respublika” qəzetinin baş redaktoru vəfat edib

Hazırda oxunan: "Respublika” qəzetinin baş redaktoru vəfat edib

14873

Dünən axşam saatlarında filoloq-jurnalist, professor Teymur Əhmədov 91 yaşında dünyasını dəyişib. 

Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. 

1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçüb. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirib. 

Təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib. 

1954-1958-ci illərdə Ermənistan KP MK-nın orqanı "Sovet Ermənistanı" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 

1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərib. 1995-ci ildən isə "Respublika" qəzetinin baş redaktoru olub. 10-a yaxın kitabın müəllifidir.

Müxtəlif mükafatlar alan Teymur Əhmədov jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Görkəmli ictimai xadim, gözəl qələm sahibi Teymur Əhmədovun xatirəsi xatirələrdə əbədi yaşayacaq. 

Allah rəhmət eləsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO