Traktor sürücüsünə sürət həddini aşmağa görə cərimə göndərildi - VİDEO

Traktor sürücüsünə sürət həddini aşmağa görə cərimə göndərildi - VİDEO

Hazırda oxunan: Traktor sürücüsünə sürət həddini aşmağa görə cərimə göndərildi - VİDEO

148692

Şəki rayonu, Baş Zəyzid kəndinin sakini, traktor sürücüsü Etibar İbrahimovun ünvanına sürət həddini aşma səbəbindən cərimə protokolu gəlib. Amma protokolda traktor deyil, başqa avtomobil qeyd edilib.   

Bizim.Media xəbər verir ki, avtomobil cərimələnib, protokolda mikroavtobusun şəkili verilib, maşının sahibi kimi isə Şəkinin Baş Zəyzid kəndindən olan Etibar İbrahimov göstərilib.

56 yaşlı Etibar İbrahimov evə gədikdə ona DYP-dən cərimə protokolu gəldiyini deyiblər.

Əvvəlcə tarladan işdən gələn zaman hansısa xəta etdiyini düşünsə də protokolu oxuyarkən cərimənin minik avtomobilinə tərtib olunduğunu görüb. Bəlkə də oxşar nömrə olduğunu düşünərək şəklə baxıb və şəkildə 10 XC 835 nomrəli Lənkəranın bir kəndinə işləyən mikroavtobus olduğunu görüb.

Hazırda əkin-biçin mövsümü olduğu üçün işlərinin qızğın vaxtı olduğunu bildirən sürücü nə addım atacağını bilmir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO