BİZİM TƏQVİM: 31 iyulda dünyada nələr olub?

BİZİM TƏQVİM: 31 iyulda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 31 iyulda dünyada nələr olub?

148691

1918-ci il 31 iyulda Bakı Xalq Komissarları Şurası səlahiyyətlərini təhvil verdi. Ertəsi gün – avqustun 1-də daşnak və onlara yaxın rus əsgərlərindən ibarət “Sentrokaspi” diktaturası quruldu. Bu vaxt Gəncədə yerləşən Azərbaycan hökuməti isə Bakını öz nəzarəti altına almağa və qorumağa hazırlaşırdı. 

Bəs, 31 iyul tarixində daha hansı mühüm olaylar baş verib?

1.  1492-ci ilin 31 iyulunda “Yəhudilərin İspaniyadan qovulmasını dəstəkləyən Elhamra qərarı” imzalanaraq qüvvəyə mindi. Osmanlı imperatorluğu döyüş gəmiləri göndərərək yəhudiləri İstanbul və İzmirə gətirdi.

2.  31 iyul 1498-ci ildə Xristofor Kolumbun rəhbərlik etdiyi ekspedisiya Trinidad adalarını kəşf edib.

3. 1932-ci il 31 iyulda Nasist partiyası parlament seçkilərində 230 deputatlıq yeri qazanaraq Almaniyanın birinci partiyası oldu, amma təkbaşına hakimiyyəti əldə edə bilmədi.

4.  31 iyul 1932-ci ildə “Türkiyə gözəli” Keriman Halis Belçikada keçirilən müsabiqədə "İlin dünya gözəli" seçildi.

5.  1959-cu ilin 31 iyulunda Türkiyə Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət etdi.

6.  31 iyul 1980-ci ildə Türkiyənin Yunanıstan Səfirliyinin inzibati ateşesi Qalip Özmen və qızı Aslıhan Özmen terror təşkilatı Asala tərəfindən edilən silahlı hücum nəticəsində həyatlarını itirdilər.

7.  1988-ci il 31 iyulda Malayziyanın Battervort şəhərində bərə terminalı çökdü. Hadisə nəticəsində 32 nəfər öldü, 1674 nəfər yaralandı.

8.  1997-ci il iyulun 31-də Azərbaycan Milli Olimpiya Komitəsinin növbəti sessiyasında İlham Əliyev komitənin prezidenti seçildi. Bununla da ölkənin olimpiya hərəkatının inkişafında yeni era başlandı.     

31 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  Eramızdan əvvəl 356-cı ilin bu günündə dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən biri Makedoniyalı İsgəndər anadan olub.  (e.ə. 356-323)

2.  Bu gün Fransanın tanınmış maarifçi filosofu Deni Didronun xatirə günüdür. Didro təbiət hadisələrini mexaniki materializm mövqeyindən izah edib, materiya ilə hərəkətin əlaqəsi, təbiətdə baş verən proseslərə dair dialektik fikirlər irəli sürüb. (1713-1784)

3.  31 iyul həm də məşhur macar bəstəkarı Ferens Listin xatirə günüdür. (1811-1886)

4.  Türkiyənin tanınmış yazıçısı, dövlət xadimi, yeni türk romanı və novellasının banilərindən biri Xalid Ziya Uşaklıgil 1866-cı ilin bu günü anadan olub.

5.  31 iyul məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent-Ekzüperinin xatirə günüdür. (1900-1944)

6. Fransa komediya kino ustası Lui de Fünes 1914-cü ilin bu günü anadan olub. (1914-1983)

7.  31 iyul 1980-ci ildə Türkiyənin Afina səfirliyinin attaşesi Qalip Özmen ASALA terror təşkilatının sui-qəsdi nəticəsində həlak olub.

8.  1954-cü ilin bu günündə teatr və kino aktyoru, teatr rejissoru, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzovun doğum günüdür. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun nəvəsi, Azərbaycan SSR-nin Xalq Artisti, aktrisa Nəsibə Zeynalovanın oğludur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO