Beynəlxalq Hüquq Assosiasiyası İB məişət zorakılığı ilə bağlı layihənin icrasını YEKUNLAŞDIRDI 

Beynəlxalq Hüquq Assosiasiyası İB məişət zorakılığı ilə bağlı layihənin icrasını YEKUNLAŞDIRDI 

Hazırda oxunan: Beynəlxalq Hüquq Assosiasiyası İB məişət zorakılığı ilə bağlı layihənin icrasını YEKUNLAŞDIRDI 

148582

Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi (İB), Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il qrant müsabiqəsi çərçivəsində “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə “Məişət zorakılığı zəminində qadınlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizə təşəbbüsləri” mövzusunda “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsinin icrasını başa çatdırıb. 

Bizim.Media xəbər verir ki, layihə Ağstafa və Tovuz rayonlarını əhatə edib. Layihənin ideyası qadınlara qarşı zorakılığın olmadığı cəmiyyətin təşviq edilməsidir. 

Layihə çərçivəsində “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı e-kitab hazırlanıb və açıq internetdə yerləşdirilib.

Həmçinin, “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və buklet hazırlanıb. Kitabça və bukletlər təlimlərin iştirakçılarına və regionda əhali ilə sıx işləyən müxtəlif dövlət orqanlarına, muzeylərə, məktəblərə, Heydər Əliyev Mərkəzinə, kitabxanalara payalanılır. 
Layihə üzrə Tovuz və Ağstafa rayonlarında ümumilikdə 12 regional təlim keçirilib. Təlimlərə müxtəlif yaş və cinsə aid olan sakinlər dəvət olunub. 

Təlimdə qadınlara qarşı məişət zorakılığının anlayışı, növləri, qadınlara qarşı məişət zorakılığı tipləri, fiziki zorakılıq, psixi zorakılıq, seksual zorakılıq, iqtisadi zorakılıq və qadının ehtiyaclarına etinasızlıq, məcburi nikah, erkən nikahlar, könüllü erkən nikahlar barədə geniş məlumatlar verilib, islamda qadına münasibət, qadınların işləmək və ünsiyyət imkanlarının məhdudlaşdırılması, qadınlara münasibətdə təqib, cinsi qısnama məsələləri müzakirə edilib. 
İştirakçılara qadınlara qarşı zorakılıq hallarının müəyyən edilməsi, əlamətləri və digər məsələləri əhatə edən “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və bukletlər paylanılıb. 

Təlimin sonunda iştirakçıların konfidensial müraciətləri üzrə məsləhətlər verilib. 

Qeyd edək ki, layihənin rəhbəri Mərhəmət Əsgərovadır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO