Paytaxtda külək güclənib, bölgələrə leysan yağıb - FAKTİKİ HAVA  

Paytaxtda külək güclənib, bölgələrə leysan yağıb - FAKTİKİ HAVA  

Hazırda oxunan: Paytaxtda külək güclənib, bölgələrə leysan yağıb - FAKTİKİ HAVA  

148543

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-na olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Qusarda 10, Xaçmazda 9, Şəmkirdə 7, Ağstafa, Qrız, Quba, Şahdağ, Tovuz, Balakən, Mingəçevir, Gəncə, Oğuz, Qaxda 5 millimetrədək olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Güclü külək Bakının mərkəzində ağacları AŞIRDI – VİDEO  


Şimal-qərb küləyi əsib, arabir Naftalanda saniyədə 30, Gəncədə 28, Şabranda 24, Mingəçevirdə 22, Yevlaxda 21, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Şəmkir, Zərdab, Neftçala, Şəkidə 20, Xaçmaz, Ağdamda 18, Bakıda və Abşeron yarımadasında 28-32 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb. 

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 30-u gündüzədək davam edəcək. İyulun 31-i və avqustun 1-də havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyi əsəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO