Baş nazirə gəmiqayırma zavodunda görülmüş işlər barədə MƏLUMAT VERİLDİ - FOTO 

Baş nazirə gəmiqayırma zavodunda görülmüş işlər barədə MƏLUMAT VERİLDİ - FOTO 

Hazırda oxunan: Baş nazirə gəmiqayırma zavodunda görülmüş işlər barədə MƏLUMAT VERİLDİ - FOTO 

148539

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 29-da Bakı gəmiqayırma zavodunda olub. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, Baş nazir zavodda görülmüş işlər, bugünədək icra olunmuş və potensial layihələrlə tanış olub. 

Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirilib. 

Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsalat gücünün artırılması planları ilə bağlı təqdimatlar edildi, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanıb. 
Eyni zamanda zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb edilməsi, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpa olunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. 

Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.

Daha sonra zavodun ərazisində fəhlələrlə görüş olub. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO