İlham Əliyev: \

İlham Əliyev: \"Füzulidən Şuşaya yol çəkilir. Zəfər yolu çəkilir\" - VİDEO

Hazırda oxunan: İlham Əliyev: \"Füzulidən Şuşaya yol çəkilir. Zəfər yolu çəkilir\" - VİDEO

14849

“Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacam”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Prezident ailəsi ilə Füzuli və Xocavəndə səfər etdi - FOTO


“Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir və azad edilmiş topraqların bərpası başlanmışdır. Füzulidən Şuşaya yol çəkilir. Zəfər yolu çəkilir.

Eyni zamanda Bərdə -Ağdam yolunun  çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər  yol çəkiləcək. Müharibədən 4 ay keçməsinə baxmayaraq böyük quruculuq işləri başlamışdır.”,- deyə Prezident qeyd edib. 

 

Dövlət başçısı bildirib ki, işğaldan azad edilmiş bu torpaqlarda olarkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi  yerlə yeksan edib, bizim tarixi irsimizi silmək istəmişdir:


"Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi  qayıtmışıq".

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Bizim.Media
 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO