Şəki-Zaqatala məktəblilərindən YÜKSƏK NƏTİCƏ – FOTO  

Şəki-Zaqatala məktəblilərindən YÜKSƏK NƏTİCƏ – FOTO  

Hazırda oxunan: Şəki-Zaqatala məktəblilərindən YÜKSƏK NƏTİCƏ – FOTO  

148483

Bu yüksək naliyyət Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunları tərəfindən əldə olunub.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Ləman Yaşarlı, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Rinad İbrahimxəlilli, Şəki şəhər 18 nömrəli tam orta məktəbin XI sinif məzunu Selcan İsazadə, Şəki şəhər 7 nömrəli tam orta məktəbin XI sinif məzunu Zəhra Sadıxlı, Qax şəhər 2 nömrəli məktəb-liseyin XI sinif məzunu Gülnar Mütəllibova, Oğuz rayon Tərkeş kənd tam orta məktəbin XI sinif məzunu Lena Məmmədli qızıl, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Natiq Məmmədov, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin XI sinif məzunu Aişə Hacırəsulova, Balakən rayon Qazbinə kənd tam orta məktəbin XI sinif məzunu Xizri Saxrayev, Şəki rayon Oxud kənd tam orta məktəbin XI sinif məzunu Əvəz Əhmədli isə gümüş medalla təltif edilib. 

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir. 
Yeri gəlmişkən Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 275 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. 

Belə ki, onlardan 155 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 120 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub. 















Tural Rasim oğlu, Bizizm.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO